Biznes Sahibləri üçün qısa mühasibatlıq rəhbəri


Bunları mühasibinizdən öyrənə bilməyəcəksiniz.


Şirkətiniz var ya da biznes qurmaq istəyirsiniz amma bu mühasibatlıq nədir deyə fikirləşirsinizsə cavabı burdadır.


Mühasibatlıq nədir?

Mühasibatlıq maliyyə əməliyyatları məlumatlarının sistemli olaraq qeydiyyatı, ölçülməsi və kommunikasiyası prosesidir.


Mühasibatlıq necə işləyir?

Mühasibatllığın qəlbində iki tərəfli mühasibat uçotu yer alır. Bu hər əməliyyat üçün iki qeydiyyat girişinin edilməsi deməkdir: bir hesabda debet, digər hesabda kredit olur. Bu metod xətaların qabağını alır çünki debetlərin cəmi kreditlərin cəminə bərabər olmalıdır. Mühasibatlıq tərəfindən istehsal edilən üç böyük maliyyə hesabatı belədir; gəlir hesabatı, balans və maliyyə axını hesabatı.

Mühasibat nağd uçotu ya da hesablama uçotu əsasında həyata keçirilə bilər. Nağd uçotu nağd girişi və çıxışlarının baş verən periodda  qeydiyyatıdır. Hesablama uçotu isə gəlir və gedərlərin baş verdiyi perioda aid edilməsidir. Məsələn, şirkətinizin Aprel ayında Mart ayı kommunal xidmətləri üçün yazılan çekləri hesablama metodunda mart ayına aid olacaq və nağd metodunda Aprel ayı xərclərinə daxil ediləcəkdir.


Mühasibatlıq ümumi olaraq ikiyə ayrılır.

Maliyyə uçotu, iqtisadi məlumatların ümumi qəbul edilmiş mühasibat prinsiplərinə əsasən qeydiyyatıdır və daha çox xarici istifadəçilər üçündür.

İdarəetmə Uçotu isə ümumi qəbul edilmiş mühasibat prinisiplərinə uyğun olub olmamasından asılı olmayaraq şirkət daxili istifadəçilər üçün hazırlanır. Digər xüsusi mühasibatlıq sahələri də mövcuddur; vergi mühasibatı, neft və qaz mühasibatı ya da məhkəmə-mühasibat uçotu kimi.

Mühasibat məlumatlarının iki istifadəçisi vardır: daxili və xarici istifadəçi. Günlük və daha uzun müddətli qərarları vermək, planlar qurmaq və əməliyyatlara nəzarət etmək üçün mühasibat məlumatlarından istifadə edən ümumiyyətlə şirkət idarəçiləridir yəni sizsiniz. Xarici istifadəçilər qrupuna isə potansial investorlar, kreditorlar, analistlər, maliyyə məsləhətçiləri, tənzimləmə orqanları, birliklər və ictimaiyyət daxildir.  Onlar mühasibat məlumatlarını şirkəti ya da fondlarını almaq, satmaq, şirkətə borc vermək, əlaqəni davam etdirmək, ya da bir razılaşma əldə etmək kimi çox saylı qərarları vermək üçün istifadə edirlər.


Mühasibat, Şirkətiniz üçün niyə vacibdir?

Mühasibat qanunları və metodlarının təfsirə ehiyacı var çünki şirkətin gerçək performansını təhrif edirmiş kimi də görünə bilər.

Mühasibat böyük əhəmiyyət kəsb edir, çünki o biznesin dilidir və məlumat əsaslı biznes qərarlarının kökünü ortaya çıxarır. Mühasibatlıq olmasa idarəçilər hansı məhsulun uğurlu olduğunu, hansı qərarların doğru olduğunu və şirkətin mənfəət əldə edib etmədiyini bilə bilməz. Vegiyə nə qədər ödənməlidir, icarəyəmi götürməli yoxsa almalıdırmı, digər bir şirkətlə birləşməlidirmi suallarının cavabını tapa bilməz. Qısaca, mühasibatlıq sadəcə düyüləri saymaq deyil, hədəfinə çatmaq istəyən şirkətin uğurunu ölçür və investorlara iqtisadi qaynaqlarının nə qədər səmərəli istifadə edildiyini anlamalarına kömək edir. Buna görə də şirkətlər düzgün qərarlar qəbul etmək üçün mühasibatlıqda təcrübəli olmalıdırlar.

Mühasibat qanunları və metodlarının təfsirə ehiyacı var əksi halda şirkətin gerçək performansını təhrif edirmiş kimi də görünə bilər. Liderlər və idarəçilərin öz qərarlarının mühasibat təsirlərini çox yaxşı bir şəkildə anlamaları digər vacib bir səbəbdir.

Əgər siz mühasibatlıqdan bu şəkildə istifadə etmirsinizsə artıq bunu dəyişdirməlisiniz. Çünki biznes daxili strateji qərarlar vermək üçün sizə kömək edəcək təfsir edilmiş maliyyə məlumatlarına ehtiyacınız var və hər zaman olacaqdır.