Mühasibatlığın Autsours Edilməsi üçün 10 Səbəb

Mühasibatlığın Autsours Edilməsi üçün 10 Səbəb


Şirkətlər zəif büdcələrlə əməliyyatlarını davam etdirərkən, bəziləri outsource etməyi keyfiyyəti yuxarıda və xərci aşağıda tutmaq yolu kimi qəbul edir. Outsource yeni bir konsept deyil. İllər boyunca, bizneslər mühasibat, Nəzarətçi/CFO xidmətlərini üçüncü bir firmaya transfer edib. Əvvələr sadəcə böyük şirkətlər üçün bir variant olsa da, bugün autsoursun qapıları orta və kiçik miqyaslı bizneslərin də faydalana biləcəyi şəkildə açıqdır.


KPMG-nin araşdırmalarına görə, şirkətlərin 40%-ə yaxını mühasibatlığında outsource-dan istifadəni artırmağı planlayır. İnkişaf etmiş avtomatlaşdırılmış maliyyə həllərinin və bulud-əsaslı sistemlərin varlığı ilə bütün növ şirkətlər, böyük, orta və kiçik, olmağından asılı olmayaraq bu variantdan yararlanaraq üstünlüklər əldə edirlər.


Mühasibatın autsours edilməsi üçün 10 əsas səbəb belədir:


Pula qənaət edəcəksiniz və xərclərini azaldacaqsınız.

Bizneslər adətən gəlirlərinin 2-5 % arasını daxili mühasibat şöbələrdəki işçilərinin təlimi üçün xərcləyir.

Bu bəzi şirkətlər üçün çox görünməsə də, mühasibatlığnızı outsource etməyiniz işçi, mühasibat proqramı, hardware, və ofis ləvazimatları xərclərini aradan qaldıraraq ümumi xərcinizi azaldacaqdır.

Həmçinin, maliyyə səhvlərinin ortaya çıxara biləcəyi potansial mənfi nəticələr üçün formalaşacaq xərclərdən sizi qoruyacaqdır.


Vaxtdan qənaət edəcəksiniz və əməliyyatların səmərəliliyini artıracaqsınız

Fakturalar və Payrolları gözdən keçirməyə daha az vaxt sərf edərək zamanınızı biznesinizin inkişafı və daha yaxşı idarəsi üçün istifadə edə bilərsiniz. İşinin bir mütəxəssisi olaraq, enerjinizi biznesinizin hədəfləri, inkişafı və günlük əməliyyatlarınız üçün xərcləməyiniz çox kritikaldır.


Peşəkar mühasibat imkanlarına çatacaqsınız

Əgər kiçik bir biznes öz mühasibatlığını idarə edirsə, böyük ehtimal işləri öhdəliyinə götürən şəxs usta bir mühasib deyil. Ən yaxşı ehtimalla əvvəllər çox az da olsa mühasib kimi işləmiş bir komanda üzvünüz ola bilər. Əgər işinin mütəxəssisi bir mühasibi də işə alsanız büdcənizə çox ziyanı ola bilər.

Mühasibatlığınızı outsource edərək bacarıqlı mühasibat komandası ilə işləmək şansı əldə edəcəksiniz. Bu isə hesabat və payrollunuzun həmişə vaxtında verilməsini sığortalayır və sizi xətalardan və dövlət cəzalarından qoruyur


Texnologiya xərclərindən təsərrüf edəcəksiniz

Outsource edərək mühasibat ehtiyaclarınız üçün ekstra hardware və proqram almağınıza ehtiyac qalmayacaq. Development Line olaraq mühasibatlıq xidmətlərimizi Azərbaycan dili əsaslı Logix proqramı ilə mükəmmələşdiririk. Xidmət aldığınız outsource şirkətiniz bu və buna oxşar proqramlar vasitəsi ilə əməliyyatlarınızı həyata keçirəcək və sizi müasirləşdirilmiş mühasibatlıq xidməti ilə təmin edəcək.


Prosesləri təkmilləşdirəcəksiniz

Bizneslərin çox vaxt dərk etmədiyi mühasibatlıq funksiyasını outsource etməyin gizli faydası budur ki, autsoursinq hazırdakı maliyyə və mühasibatlıq proseslərinizi bir sonrakı səviyyəyə yüksəltmək və inkişaf etdirmək imkanı verir.

Məlumatların gecikməməsi və səmərəliliyin inkişafı üçün outsource şirkətləri ən yaxşı praktikaları və nəzarətləri tətbiq edir. Buna əlavə olaraq, şirkətlər hesabatları bağlamaq üçün xərclənən dövrü azaldabiləcəklərini kəşf ediblər. Buna əlavə olaraq məcburi tələbləri qarşılamaq üçün daha yaxşı müqayisə standardları və əsaslarından ibarət maliyyə prosesləri ortaya çıxara biliblər.

İstər ən son mühasibatlıq proqramından istifadə imkanı olsun istər payroll proseslərinin inkişafı olsun, müasir mühasibat proseduraları xidmət səviyənizi inkişaf etdirəcək, xərclərinizi azaldacaq, daha yaxşı maliyyə axını ortaya çıxaracaq və şirkətinizi böyüməyə namizəd edəcəkdir.


Riskləri azaldacaqsınız

Hər beş kiçik biznesdən birində etibar edilən işçi tərəfindən pul oğurluğu olur. Sadiq işçiləri özlərindən şüphələndirməyəcək nəzarət və balans sistemi formalaşdırmaq mümkün deyil, bu da şirkət etikasını kiçildir. Yaxşı ki, outsource edilmiş muhasibat daha yaxşı həll təqdim edir.

Autsoursinq mühasibatlıq xidməti təklif edən şirkətlə əməkdaşlığınız maliyyə hesabatlarınızın ekspertlər tərəfindən idarə edilməsi ilə sizin təkcə puldan, vaxtdan və stresdən qənaət etməyinizə səbəb olmur həmçinin pulunuzun auditi üçün üçüncü bir şirkət ilə də təmin edir. Bu da sizin daxili fırıldaqçılıq riskini azaltmaq üçün nəzarət və balans sisteminizin yerini alacaqdır.


Fəal və miqyaslı olacaqsınız

Mühasibatlığınızı outsource edərək insan resursları, texnologiya və infrastrukturunuza qoyduğunuz xərcləri ən aza endirərək istehsalınızı artırmaq imkanına sahib olacaqsınzı. Bunu sürətli ölçmə və reaksiya vermə mexanizmaslı ilə həyata keçirəcəksiniz və dəyişikliyə daha tez cavab verəcəksiniz. Autsorsinq, təşkilatlara mövsümi və ya xüsusi iş dövrlərinə əsaslanan fəaliyyətləri daha səmərəli idarə etmə bacarığı verir. Bu proseslər şirkət daxilində çox yavaş irəlilədiyi üçün, bizneslər bu qərarların verilməsi üçün məlumatların qəbulunu və bu məlumatlara əsaslanan məsləhətləri outsource şirkətlərindən əldə edir. Autsoursinq biznesinizin enerjisini daha səmərəli sahələrə yönəltməyinizə kömək edəcəkdir.


Avtomatlaşdırma nəticəsində daha az kağız sahibi olacaqsınız

Outsource edərək kağız və çap istifadəsi azaldığı üçün kağız, yer və vaxtınızı boşa xərcləməyəcəksiniz. Çap, mürəkkəb, faks, printer və bütün bunların təmiri üçün xərclənən vaxt, vəsait və xərcin nə qədər ola biləcəyini fikirləşəndə autsorsinq sizi hər mənada rahatladacaqdır. Az kağız daha mütəşəkkil olmaq deməkdir.

Hər zaman, hər yerdə maliyyə məlumatlarına çata biləcəksiniz

Bugün bulud əsaslı proqramlar maliyyə məlumatlarınıza və qeydlərinizə online olaraq çatmağınıza imkan verir. Dəqiq mühasibat uçotu və hesabatlarına barmaqlarınızın ucunda olacaqdır. Maliyyə sağlamlığınız haqqında sahib olacağınız bu məlumatlar daha inamlı və məlumat əsaslı qərarlar verməyinizə kömək edəcəkdir.


Etibar və psixoloji rahatlığa sahib olacaqsınız

Mühasibat uçotu və hesabatlarını dəqiq və vaxtında əldə edərək biznesinizin ümumi maliyyə sağlamlığını bütün açıqlığı ilə görə bilməyiniz sizi, daha dəqiq və məlumat əsaslı qərar verməyiniz üçün daha yaxşı və dinc düşünmə gücü ilə təmin edəcəkdir. Mühasibatlığınızı outsource edərək maliyyə məlumatlarınızın səhvlik ya da fırıldaqçılıqlardan təmizlənmiş bir şəkildə olduğundan əmin olacaqsınız və həmişə etibar edə biləcəyiniz təcrübəli mühasib peşəkarlarla ünsiyyətdə ollacaqsınız. Şirkətinizin böyüklüyündən asılı olmayaraq autsorsinq çox məntiqlidir. Bu sizi maliyyə fəaliyyətləriniz barədə ehtiyacınız olan inam və təhlükəsizlik ilə təmin edərək diqqətinizin hamısını şirkətinizin böyüməsinə verməyinizə imkan verir.


Bəs şirkətlər mühasibatlığını nə vaxt autosors etməlidir?

Outsource etmək üçün səhv bir zaman yoxdur. Start-uplar, kiçik və orta miqyaslı bizneslər üçün fəaliyyətlərinin hər hansı bir vaxtında mühasibatlığın autsoursinqi çox uyğundur. 3 ya da 300 nəfər işçinizin olmasından asılı olmayaraq hər zaman uyğunluq tələbləri, payroll və hesabat ehtiyaclarınız olacaqdır. Xülasə, autsorsinqə nə qədər tez müraciət etsəniz onun faydalarından o qədər tez yararlanmağa başlayaraq rəqiblərinizi qabaqlayacaqsınız.