Bir biznesi satın alarkən nələrə diqqət etməlisiniz?


Biznesi deyil, aktivlərini satın alın. 


Əgər satıcı şirkət, korporasiya ya da, MMC-dirsə, hansı şərt olursa olsun həmin biznesin səhmlərini almamağınız məsləhətdir.  Bunun yerinə, aktivləri almağı təklif edin və alışı yeni bir şirkət adı altında həyata keçirin. Bunun iki səbəbi var:


1-Daha yaxşı vergi rejimi əldə etmək üçün; sizin ödəyəcəyiniz verginin əsası hal-hazırda aldığınız aktivlər üçün ödədiyiniz məbləğə görə olacaqdır, nəinki satıcının illər əvvəl ödədiyi məbləğə görə.

2- Satıcının daha əvvəlki borcları ya da, məhkəmə prosesləri varsa bunların gətirdiyi risklərdən azad olacaqsınız.


Satış və payroll vergiləri haqqında satıcı-təsisçidən məlumat alın.


Bir çox vaxt, biznesin satışından sonra ödənməmiş satış, payroll və digər biznes vergiləri üçün vəzifəli şəxslər sizi narahat edə bilərlər. İşçilər varsa və payroll xidmətindən istifadə edilibsə, işçilər ilə əlaqəli vergilərin ödənildiyindən əmin olun. Daha sonra isə dövlət vergi idarəsinə təsdiq məktubu üçün müraciət edin. Bu proseslər vaxt aparsa da, sizi bir çox baş ağrısından xilas edəcəkdir.


Debitor borcları ilə kimin məşğul olacağını dəqiqləşdirin.


Belə bir ehtimal var ki, biznesin bəzi müştərilərinin ödəməli olduğu borcları mövcud ola bilər. Bu borcları kim qəbul edəcək? Bunu həll etməyin sadəcə iki yolu var: ya bu borcları endirimli (bəzi müştərilərin borclarını ödəməmə ehitmalı olduğu üçün) olaraq satın ala bilərsiniz, ya da satıcının daha sonra vaxtı olanda bunu etməyinə ümid edə bilərsiniz. Borcları satın almaq daha məntiqli bir hərəkət olar çünki həmin müştərilər daha başqa xidmətlərə də ehtiyac duya bilərlər.


Aldığınız biznesin icarələrini davam etdirməli olub olmadığınız müəyyənləşdirin.

Biznesin bina və avadanlıqları icarəyə götürülübmü? Əgər elədirsə, ilkin olaraq, icarə şərtlərində nə qədər vaxtın qaldığını müəyyənləşdirin. İkinci olaraq isə, bina və avadanlıq sahiblərinin eyni şərtlər ilə davam edib etməyəcəyini müəyyənləşdirin. Əgər icarənin bitməsinə iki ildən az vaxt qalıbsa, 5 ildən 10 ilə qədər yeni bir icarə müqaviləsi həyata keçirin. Əgər bir neçə aylıq depozit var isə, bunu biznesin satıcısı sizdən istəyəcək, bu baş verdikdə depozitin, satış sənədlərində qeyd edildiyindən əmin olun.


Əvvəlcədən ödənilmiş xərclərin olub olmadığını müəyyənləşdirin.


Buna misal olaraq Yellow Pages reklamını göstərmək olar. Əgər Yellow Pages reklamı satın alırsınızsa, bu bütün bir il üçün həyata keçirilir. Satış həyata keçirildikdən sonrakı müddətin xərcini satıcının istəmək haqqı var. Depozit və əvvəlcədən ödənilən xərclər razılaşdırılan qiymətə daxil edilməsə də biznesin təslimi vaxtı həyata keçirilir. Bu cür xərclərin listini satıcı təsisçidən istəməyiniz ən sonda xoşa gəlməz sürprizlərin ortaya çıxmasını önləyəcəkdir.


İstifadə olunan qaynaq: entrepreneur.com