Daha çox deyil, daha səmərəli necə işləmək olar?


Məktəblərdə bütün həftə və həftə sonu çalışan şagirdlərlə eyni nəticəni sadəcə həftə sonu çalışaraq əldə edən uşaqlara yəqin rastlamısınız. Ya da böyüklər olaraq, işini saat 5-ə qədər bitirib bu iş çox asanmış kimi göstərənlərin yanında həmişə işini gec bitirənlərə də rastlamış olmalısınız.


Vaxt hamımıza ədalətli verilib, amma bu vaxtı və enerjimizi ilkin olaraq hansı işlərə ayırdığımız bizə verilən taskları səmərəli bir şəkildə bitirə bilmə bacarığımızı da müəyyənləşdirəcəkdir. Ağıllı işləyərək hədəflərinizə doğru gedərkən daha səmərəli nəticələr əldə etmək bir bacarıq olduğu kimi həmişə məşğul görünüb və gecikmək isə bir az bacarıqsızlıq nişanəsidir. İşlərini tez və asanlıqla bitirən insanlar daha çox yeni çətinlikləri həll etməyi öyrənməyi iş kimi görmək və öyrənib vərdiş halına gətirdikləri işləri isə çətinlik kimi görməmək xüsusiyyətinə malikdirlər. Onlar taskları həll etsə də heç işləməmiş kimi hiss edirlər, elə buna görədir ki, daha tez və səmərəli nəticələr ortaya çıxarırlar. Aşağıdakı perspektivlərdən istifadə edərək daha çox deyil daha ağıllı işləməyi təcrübə edə bilərsiniz:


Pareto Prinsipi

Pareto prinsipinə görə iş nəticələrinizin 80%-i diqqətli səylərinizin 20%-dən ortaya çıxır. Bu prinsibi Vilfredo Pareto adlı iqtisadiyyatçı öz baxçasında noxud kollarının 20%-in məhsulun 80 %-i verdiyini görəndə kəşf edib. Bunu həyatınıza tərcümə etsəniz, diqqətinizin çoxunu daha böyük nəticələr əldə edəcəyiniz işlərə yönləndirib, daha azını da daha az nəticələr verəcək işlərə verə bilərsiniz. Məsələn, hər müştəri və layihəyə "bəli" demək yerinə daha çox sərmayəni geri qaytaracaq olanları təsdiq edə bilərsiniz.

Günün hansı vaxtında daha səmərəli olduğunuzu müşahidə edərək ən vacib və çətin işlərinizi o vaxta təyin edin. Yenə işlərinizi gec bitirdiyiniz bir vaxt özünüzdən soruşa bilərsiz ki, "mənim hansı fəaliyyətlərimin 20%-i nəticlərimin 80%-ə kömək edə bilər?".


İstirahət edin və enerjinizi yenidən toplayın

Stresli və yorğun bir halda işləmək sizi daha səmərəli etməyəcəyi kimi bir şərəf medalı da qazandırmayacaq.

Apple-ın Tim Cooku və Microsoftun Bill Gatesi kimi dövrümüzün müvəffəq insanları gecələri 7 saat yuxu yatmağı prioritetləşdirirlər. Hər gün eyni vaxtda yatmaq və eyni vaxtda oyanmaq yuxu rutinini formalaşdırmağa çalışın, bu yolla daha çox istirahət edib dinc olaraq oyanacaqsınız.

Günortanın qısa yuxusu da gün boyu səmərəliliyinizi artıracaqdır. 20 dəqiqəlik qısa bir yuxu, stresinizi azaldacaq, yaddaşınızı artıracaq, mənəvi yorğunluğunuzu aradan qaldırıb günorta yeməyindən sonrakı ağırlığınızı zəiflədəcək və günün ikinci yarısını daha səmərəli keçirməyinizə imkan verəcəkdir.

Stresdə olduğunuzu anladığınız vaxt işinizə ara verməyi və özünüzə vaxt ayırmağı unutmayın. Bir az stres bir od yandırmağa kömək etsə də, beyində kütləvi şəkildə kortizol hormonunun buraxılması (belə olması çox mümkündür) idrak və işləmə funksiyanızın, performans və səmərəliliyinizin azalmasına səbəb olacaqdır. Özünüzə bir az vaxt ayıraraq yürüyüşə çıxın, dərin nəfəs alın və təfəkkür edin.

Araşdırmalar göstərir ki, beynimiz elə ara verdiyimiz bu vaxtlardan istifadə edərək xarakterimizi və sosial davranışlarımızı formalaşdıran vacib əlaqələr qurur, buna görə də ara vermək və beynimizə dincəlmək üçün zaman vermək çox çox vacibidir.


Sistemləşdirin!

Əgər  ediləcəklər listi hazırlayarkən özünüzü boğulmuş hiss edirsinizsə, vaxt cədvəlinizi kənara qoyun və gün ərzində sadəcə müəyyən iş və layihələrə diqqət ayırdığınız saatlar təyin edin. Hər şeyi eyni anda etməyə çalışmaq diqqətinizi pozacaqdır. Bunun əksinə, əgər bir işə diqqətinizi dağıtmadan versəniz, o işi daha çox idarə edilə bilən parçalara ayıra bilərsiniz.

Ən səmərəli işlər ortaya çıxaran insanlar işlərini ən yüksək prioritetləri ətrafında planlayırlar və buna görə işləyirrlər. Hər gecə detallı bir şəkildə ediləcəklər listi hazırlamaq gün içindəki planınıza rəhbərlik edəcəkdir. Hər kilometr daşlarında (yəni vacib bir işi tamamladığınızda) özünüzü mükafatlandırmağı unutmayın.


Sadəcə öz səyahətinizə diqqət yetirin

Yaddan çıxarmayın ki, sizin 5 saatınızı aparan bir iş başqası üçün 8 saatlıq bir iş ola bilər. Bu sizin nəyisə səhv etdiyiniz, az işlədiyiniz ya da tənbəl olduğunuz mənasına gəlmir! Uzun saatlar işləmək yüksək səmərəli işləri sığortalamır. Öz hədəflərinizə çatacağınız qədər vaxtınızı xərcləyin və hər gün axşam saat 9-dan tez ofisdən ayrılmayan iş yoldaşınızı görüb kədərlənməyin.



İstifadə olunan mənbələr:

1. https://www.glassdoor.com/blog/how-to-work-smarter-not-harder/

2. www.stacypollack.com