Məqsədi olan bizneslər niyə digərlərindən daha çox üstünlüyə sahibdir?!


Start-up mədəniyyətinin bütün şirkətlərə tətbiqi.


Unilever start-up mədəniyyətinə və hədəflilik dəyərlərinə keçid edərək böyümə qapısını sonuna qədər açmaq istəyir.


Bunu innovasiyaya olan baxışını dəyişdirərək edir: Unilever Qlobal Dondurmanın Vitse Prezidenti Matt Close qeyd edir ki, “Bir neçə il əvvələ qədər komandalarımızın işləmə tərzi çox fərqli idi. Son bir neçə ildə şirkətlərin büdcələrində azalmaya ya da tamami ilə sıfırlanmağa getməsi ilə, innovasiya müzakirələri də susqunlaşmağa başladı. Unileverdə bizim üç hissədən ibarət olan bir sözümüz var: Biz inanırıq ki, məqsədə sahib olan brendlər böyüyər; məqsədi olan şirkətlərdə böyümə davam edər; məqsədə sahib insanlar inkişaf edər. Qəbul etdiyimiz yeni innovasiya yanaşmasını bütün bu mərhələlərə tətbiq edirik.”


Close inanır ki, start-up kimi düşünmək kreativliyin qapısını aralayacaqdır: “Əvvəllər bazara girişi 4 il çəkəcək bir məhsul üzərində işləyirdik. Artıq bu gün bunu heç kim etmək istəmir.” Məsələn, komanda üzvlərindən biri çatdırılma şirkətlərini sınamağa qərar verəndə, o ənənəvi böyük biznes yanaşmasının əksinə ən tez geri dönüş edəni seçdi. “Keçmişdə biz bir çox strateji analiz edərdik. Amma bu dəfə dedik ki, bunu bir sınayaq.” Nəticədə bugün etibarı ilə, Unileverin çatdırılma partnyorluqları milyon dollarlar dəyərindədir və bütün dünyadakı dondurma çatdırılma şəbəkələrinə tətbiq edilir.



“İnnovasiya məqsədi, məqsəd isə innovasiyanı müəyyən edir”


Unilever eyni zamanda mənfəət xarici səbəblər üçün dəyər ortaya çıxarbiləcəyini göstərmək üçün innovasiya edir. Close-a görə Unileverin məqsədyönlü brendləri digərlərindən 70% daha sürətli inkişaf edir və Unilever damğalı brendlər hər keçən gün yaxşılığa necə daha çox xidmət göstərəbiləcəkləri haqqında beyin yorurlar. Bu o deməkdir ki, hər brend dünyamızı müsbət yöndə dəyişdirəcək ya da insanların sosial həyatında faydalara səbəb olacaq dəqiq və açıq məqsədlərə sahibdir.

“Biz 10 ildən artıqdır ki, “davam etdirilə bilən mənbə” səyahətimizdəyik və biz elə bir nöqtəyə çatmaq istəyirik ki, bütün bu cəhdlər brendlərimizdə bir fərqlilik ortaya çıxarsın.”

Close ən sonda qeyd edir ki, “Biz həqiqətən sürəti yenidən müəyyən edən bir mədəniyyət ortaya çıxardıq, eyni zamanda bu mədəniyyət səlahiyyəti, muxtarlığı və daha həyəcan verici işləmə yollarını ortaya çıxarır. Hər hansı bir məqsədə sahib brendlərimizin 70% daha sürətli böyüdüyü faktı və bu məqsədləri həyata keçirmək üçün innovativ impulsu tətbiq etmək və kreativliyin qapısını açmaq bizi çox həyəcanlandırır.”

Klasik biznes yanaşmasında şirkətlər mənfəətlərini maksimuma çatdırmaq məqsədi ilə bazara girirlər və orada var olmağa, rəqabət etməyə davam edirlər. Amma Unilever kimi davam etdirilə bilən mənbə üzərində fokuslanmış şirkətlər uzun müddətdə 'ən güclü həyatda qalır' düşüncəsini ən çox faydalı olan həyatda qalır ilə əvəz edir. Bunun nəticəsində isə öz daxilində bu məqsədə xidmət edən brendlərin digərlərinə nisbətən daha sürətlə böyüdüyünü müəyyən ediblər.

Bizneslər artıq missiya, vizyon, hədəf və məsqədlərini müəyyən edərkən ümiyyətlə dünyaya və sosial həyata verə biləcəkləri faydalar üzərində daha çox beyin yormalıdırlar, çünki innovasiya etməyən bizneslər bazarda rəqabət edə bilmir, innovasiya üçün isə məqsədə sahib olmaq lazımdır.


Məqalənin hazırlanmasında istifadə edilən mənbə: 

‘We’ve learned a lot from the start-up world’: Unilever on how it has ‘re-framed’ innovation