Mühasib ilə Buxalter arasındakı fərqi bilmək niyə bizneslər üçün vacibdir?





Biznes sahibləri buxalter və mühasib arasındakı fərqin nə olduğundan çox da əmin deyil. Ümumiyyətlə artıq buxalter də Azərabaycanda mühasib adlanmağa başlayıb. Amma dünyada bu iki vəzifənin adı fərqlidir. İngilis dilində bookeeper (buxalter) və accountant (mühasib) ad olaraq fərqlənsə ABŞ və İngiltərə kimi ölkələrdə də bu ikisi arasındakı fərq biznes sahibləri tərəfindən bilinmir. Ölkəmizdə hər ikisinə mühasib adı verilir; biz bu məqaləmizdə buxalter və mühasib deyə istifadə etdik.


Bu iki vəzifə arasındakı fərqi bilmək niyə işəgötürən və bizneslər üçün vacibdir? Çünki, ancaq aradakı fərqi bilməklə biznesinizə doğru məsləhətləri verəcək doğru mütxəsissləri cəlb edə bilərsiniz. Bu, eyni zamanda hər vəzifədən nələr gözləməli olduğunuza da kömək edəcəkdir.


Bu iki vəzifə dilimizdə eyni adlansa da aradakı fərqlər belə sıralana bilər.


  • Buxalterlər işi daha çox işləyərək öyrənirlər və bəzi proqramlardan istifadə edərək təlim keçənlər də olur. Bundan fərqli olaraq mühasiblərin mühasibat dərəcələri olur. Onların bir çoxu Sertifikatlaşmış İctimai Mühasibdir (CPA). Amma çox az mühasib bu dərəcəyə sahib olmur.


  • Buxalterlər ən az bir biznes software proqramı haqqında məlumata sahib olurlar və bununla da şirkət ya da işçilər tərəfindən istifadə ediləbiləcək texnologiya haqqında məlumat verə bilirlər. Mühasiblər isə ümumiyyətlə (həmişə deyil) mühasiblər üçün nəzərdə tutulmuş daha üst səviyyəli mühasibat həllərindən istifadə edirlər. Bu həllər vergi planlaması və digər maliyyə anlayışlarını onlara çatdırır. Mühasiblər özləri işləsə də, müştəriləri bu proqramlardan istifadə etmirlər, buxalterlərdə bu tam tərsidir.


  • Buxalterlər müstəqil audit və attestasiyalar həyata keçirə bilmirlər. Mühasiblər (SİM-CPA) və sertifikatlı auditorlar audit və attestasiyalar həyata keçirə və sertifikatlaşmış maliyyə hesabatları verə bilirlər.


  • Buxalterlər müştərinin biznesinin gün içindəki detallı prosesindən xəbəri olur. Mühasiblər isə əksinə biznesin daha çox yüksək səviyyədəki işlərindən xəbərdar olurlar.


  • Buxalterlər biznes strategiyası və məsləhətçi rollarına sahib olurlar. Mühasiblər isə vergi həlləri, vergi kouçluğu və maliyyə planlaması rollarını ifa edirlər.


  • Buxalterlər biznesin sadəcə maliyyəsindən xəbərdar olurlar. Mühasiblər isə müştərinin biznes və şəxsi maliyyəsi haqqında detallı məlumata sahib olurlar.


  • Buxalterlər payroll və satış ilə bağlı vergi bəyannamələri xaricində bəyannamə göndərə bilmir. Mühasiblər isə biznes və şəxsi gəlir ilə bağlı vergi bəyannamələri göndərə bilir.


Nəticə olaraq bunu demək olar ki, biznesinizin inkişafı üçün maliyyənizin bütün şəklini görməlisiniz.  Mühasib və buxalter hər biri biznes rəqəmlərinə fərqli eynəklərlə baxırlar. Hər ikisinə sahib olmağınız şirkətiniz üçün ən yaxşı məsləhətə çatacağınıza təminat verir. Bu iki vəzifənin fuksiyaları birlikdə biznesinizin uğuru üçün çalışırlar. Hər iki perspektivə sahib olanda maliyyəniz barədə rahat olursunuz və sevdiyiniz işi görməyə başlaya bilirsiniz-yəni biznesinizi idarə etməyə.