Niyə şirkətlər mühasibat işlərini autsours edirlər?

Development Line



Biznes sahibi isəniz ya da bir şirkətdə icraçı direktor vəzifəsini yerinə yetirirsinizsə bu o deməkdir ki, hər şeyə nəzarət edən biriləri varsa o da sizsiniz. Şirkətin uğurundan cavabdeh olmaq və hər işin planlandığı kimi həyata keçdiyini təmin etmək çətin bir məsuliyyətdir. Bir xüsusi sahə var ki, bütün şirkətlərdə eyni vəziyyətdə olmalıdır hər hansı kreativ bir müdaxilə olmadan sadəcə düzgünlük və dəqiqilik tələb edir - mühasibatlıq.


Şirkətinizin maliyyəsinin yaxşı izlənməsi və dəqiq olması sizə təcrübəli peşəkarlardan ibarət olan bir mühasibat şirkətinin kömək edə biləcəyi məsələdir.


Elə isə bu autsours edilmiş mühasibat nədir?


Autsoursinq biznesiniz xaricində bir digər şirkəti şəxsi biznesiniz ilə əlaqəli proses və əməliyyatları idarə etməsi üçün işə almağınızdır. Daxili komanda qurmaq ya da işçi götürmək yerinə belə bir yol izlənə bilər.

Autsours edilmiş mühasibatlıq sizin mühasibatlıq departamenti vəzifəsini yerinə yetirəcək xidməti almaqdır. Mühasibat Autsoursinqinə günlük əməliyyatların kodlaşdırılması, alacaqlar və borclar, əmək haqqı (payroll), vergi və maliyyə hesabatlarının idarə edilməsi daxildir. Biz həmçinin şirkətin qurulması, vergiləşdirilməsi və hüquqi konusultasiyalar da təklif edirik. Son vaxtlarda, dünyada bütün biznesler xərci azaltmaq və perfromansı artırmaq məsələlərində təzyiq altında olduqları üçün mühasibat uçotunun autsours edilməsi daha da strateji bir seçim olaraq özünü biruzə verir.


Autsours nə deyil?


Çox yayılmış bir səhv fikir belədir ki, “autsoursinq” və “ofşorinq” terminləri bir-birinin yerində işlədilir. Bu iki terminin mənasında əsas fərq yerdir. Ofşor satın alınan iş və xidmət başqa bir ölkədə yerinə yetirilir. Bu proses işçi qüvvəsinin ucuz və qanunların şirkət üçün daha asan olduğu uzaq ölkələrdə həyata keçirilir. Autsoursinq isə xüsusi bir xidmət və ya işin sizin olmayan başqa bir şirkət tərəfindən yerinə yetirilməsi prosesidir.


Niyə şirkətlər mühasibat işlərini autsours edirlər?


Hər biznes fərqlidir və sahibkar nə vaxt mühasibatlığını autsours etməli olduğunu da çox yaxşı bilir. Amma autsours prosesinin başladılması üçün bəzi ortaq səbəblər də mövcuddur.

  • Büdcə problemləri – Azalan pul axını şirkətləri harada qənaət etmək barədə strateji seçim etməyə məcbur edir. Mühasibatlıq bir biznesin əsas prosesi olmadığı üçün, bunun üçün bir xidmət tapmaq çox sadədir. Həmçinin məhdud resursları müştəri cəlb etmək və saxlamaq kimi sahələrə yönəltmək üçün bir fürsət doğurur.
  • İnvestor Kapitalı (sərmayəsi) – İnvestorlara təqdim etmək üçün dəqiq və tam maliyyə rəqəmlərinə sahib olmaq çox vacibdir. Düzgün sənədləşmə ilə etibarınızı artırmaq investisiya almaq üçün işinizi asanlaşdırır.
  • Banklardan Maliyyə dəstəyi – Şirkətiniz daha yetkin və böyüməyə hazır olanda banklardan əlavə maliyyələşmə tələb edə bilər. Yuxarıdakı qayda banklar üçün də vacibdir. Belə bir dəstək üçün isə düzgün və əhatəli maliyyə hesabatlarına ehtiyac duyacaqsınız.
  • Texnologiyanın inkişafı – Hər gün texnologiyanınn inkişafı ucuz kommunikasiyanı və inkişaf etdirilmiş infrastruktur və əməliyyatları yerindən asılı olmayaraq mümkün hala gətirir. Biznesin hər sahəsində olduğu kimi mühasibatlıq sahəsində də texnologiya eyni sürətlə böyük dəyişikliklər edir. Bu texnoloji dəyişikliklərə ayaq uydurmaq vaxt və sərmayə baxımından xərcli bir işdir. Müasir texnoloji inkişaflara ayaq uyduran bir şirkətə mühasibatlığınızı autsours etmək isə daha ağla yatqındır.
  • Əhəmiyyətli böyümə - Satışlar hər il iki qatına çıxır və şirkətin pul axını artırsa, bu o deməkdir ki, gəliri idarə etmək üçün daha çox qaynağa ehtiyac duyulacaqdır. Biznesin hər sahəsinin nəzarət altında olduğundan əmin olmaq üçün, autsours etmək ən sadə yoldur.
  • Mühasibatlığın funksiyasını dəyişdirmək - CFO-lara, qərarlarının verilməsinə dəstək vermək və mühasibat uçotu qanunvericiliyinə və prinsiplərinə riayət etmə səviyyəsini qaldırmaq üçün təzyiq edilir. Autsoursinq şirkətə bu işləri görməyə kömək edir, eyni zamanda lazımsız mürəkkəb və vaxt aparan prosesləri tənzimləyir.


Mühasibat uçotu və maliyyənin hüquqi qaydaları həmişəkindən daha sərtdir. Hakimiyyət və ictimaiyyət maliyyə qərarlarını vermək üçün belə məlumatlara etibar etdikləri üçün bu ciddi qaydalar və qanunlar bir biznes üçün daha da həyati önəm daşıyır.


Mühasibat departamentinin autsours edilməsinin biznesim üçün fayadaları və üstünlükləri nələrdir?


Davamlı bi iş axını biznesinizin maliyyəsinin hər zaman qayğısına qalındığından əmin olmaq üçün vacibdir. Gəlirləriniz tətil ya da məzuniyyət vaxtlarına əhəmiyyət vermir.

  • Xəstəlik ya da analıq məzuniyyəti yoxdur - tərəfdaş şirkətin hər zaman bir-birinə dayaq ola bilən işçilər ordusu var.
  • Tətil yoxdur – Ən yaxşı işçiləriniz də tətilə çıxmalıdır, bu qanuni haqlarıdır. Autsours Partnyorunuzda isə belə bir şey ola bilməz. Beləliklə tətil ya da normal iş günləri fərqi yoxdur, işləriniz hər zaman yerinə yetirilir
  • Peşəkar kommunikasiya var – Maliyyənizi idarə edən şəxslərin sizinlə eyni dili danışması bir üstünlükdür. Peşəkar dili bilmək və onu xidmət aldığınız şirkətlə danışa bilmək və öyrənmək imkanı mövcuddur.
  • Aktual məlumatlar var - bir peşəkar mühasibin tək başına daim dəyişən vergi və qanunvericilik dünyasında çox da şansı yoxdur. Development Line kimi mütəxəssis bir mühasibat firması, yalnız bir deyil, bütün maliyyə sahələrində özünü aktuallaşdırmaq üçün əhəmiyyətli ehtiyatlar ayırmışdır.
  • Ən yaxşı mütəxəssislər var – böyük şirkətlər mühasiblərinin ən yaxşıları olmasını arzu edir. Bütün ofis işçilərinin təlimli olması, kiçik bir şirkət komandasının davamlı olaraq təlim keçməsindən daha asan və daha ucuz olacaqdır.
  • Dəstəkləyici mühit var - mühasiblərin bir yerdə olması, bilik və təcrübənin bölüşüldüyü bir mühit deməkdir. Belə bir komandada kömək və hətta ən çətin məsələləri həll etmək asandır.
  • Dinclik var – Bizneslərin böyüməsi və inkişafı üçün əməkdaşlarının strateji yollar ilə qərarlar verməsi və innovasiyalar etməyi lazımdır. Bir çox büdcə ayıraraq işçilərinizi və rəhbərliyi mühasibatlıq kimi sıxıcı işlərlə məşğul etməyin onların önünü açın.
  • Fırıldaqçılığın qarşısının alınması var - bu uğursuz bir həqiqətdir, lakin autsours edilən mühasibatlıqdan daha çox daxili mühasibatlıqda saxtakarlıqlara daha çox rast gəlinir. Şirkət daxilindəki mühasiblər məxfi məlumatlara daha çox giriş əldə edirlər və başqalarının buna göz yummasına nail ola bilirlər.
  • HR xərclərinizdə azalma olacaq – İşçi işə götürmək baha başa gəlir. Mühasib işə götürməsəniz siz müavinət xərclərini (tibbi sığorta, ödənilən vaxt, pensiya, xəstə günlər, işçinin kompensasiyası və s.) qənaət edəcəksiniz. Bu gəlir strateji bir şəkildə işinizi inkişaf etdirə biləcək bir işə ayrıla bilər. Bundan əlavə, bir neçə ildən bir mühasibinizi əvəz etmək və yeni işə alınan mühasibin işə götürülməsi və şirkətinizi öyrənməsi prosesi biznes üçün darıxdırıcı vəziyyətdir.
  • İT xərclərinizdə azalma olacaq - şirkətlər qabaqcıl mühasibat texnologiyaları və təcrübələrinə ayaq uydurmağa çalışırlar. Amma bu bahalı və uzun bir prosesidir. Artıq mövcud standartlaşmış proseslərə etibar edin, öz tətbiq və sistemlərinizi inkişaf etdirmək üçün vaxt və vəsait ayırmayın, çünki bu davamlılıq tələb edir və bu davamlı xərc və vaxt deməkdir.
  • Hər zaman, hər yerdə maliyyə məlumatlarına çata biləcəksiniz - Bugün bulud əsaslı proqramlar maliyyə məlumatlarınıza və qeydlərinizə online olaraq çatmağınıza imkan verir. Dəqiq mühasibat uçotu və hesabatlarına barmaqlarınızın ucunda olacaqdır. Maliyyə sağlamlığınız haqqında sahib olacağınız bu məlumatlar daha inamlı və məlumat əsaslı qərarlar verməyinizə kömək edəcəkdir.
  • Sürətli həllər – işinizdə qanunvericiliklə əlaqəli təcili məsələr ortaya çıxarsa autsoursinq şirkətləri onları vaxt və pula qənaət edərək sürətli bir şəkildə həll edir.


Mühasibatlığımı autsours  etməyimin pis cəhətləri nələrdir?


  • Seçdiyiniz autsours şirkətindən asılı olaraq bəzi risklər mövcuddur - Seçdiyiniz şirkətin etibarlılıq, missiya və vizyonuna diqqət yetirməlisiniz. Bu şirkətin həqiqətən müştərilərə və ümumiyyətlə biznes dünyasına müsbət və faydalı işlər vermək istədiyindən əmin olun. Bunu bilmək üçün isə ilk öncə, sosial media hesablarına nəzər yetirərək aktual səhifələri olub olmadığını yoxlayın. Ən son paylaşılmış postun vaxtına baxın. Paylaşılanların məzmunlarına diqqət yetirin. Bloq yazılarını oxuyun və əgər biznesiniz üçün orada faydalı məlumatlar əldə etsəniz bu şirkətin həqiqətən müştərisinə dəyər verən bir şirkət olduğuna qərar verə bilərsiniz. Bunların xaricində şirkətin vebsaytını ziyarət edin və istifadəçi üçün nə qədər xoş və asan olduğuna nəzər yetirin. Saytın müasir standardlarda və dizaynda olduğundan əmin olun. Beləliklə namizəd tərəfdaş şirkətin həqiqətən yeni texnologiyaların istifadəsinə və innovasiyalara önəm verdiyini qeyd edə bilərsiniz. İstifadəçi şərhlərinə müraciət edin. Bu haqda onlayn platformalarda ya da şəxsi olaraq şirkətin müştərilərinə zəng edərək məlumat əldə edə bilərsiniz. Heç vaxt bu kriteryalara baxmadan tanıdığınızın tanıdığı olduğu üçün bir şirkətə işlərinizi əmanət etməyin.
  • Fasilə - dəyişiklik vaxt tələb edir və mühasibat departamentinizin köçürülməsi də buna daxildir. Bu isə bəzi qarışıqlıqlara, yenidən təşkil kimi qısa müddətli işlərin ortaya çıxmasına səbəb olacağı üçün bəzi işçilərin narazıçılığı ilə qarşılaşacaqsınız.
  • Nəzarətin itirilməsi - mühasibat uçotunuzun təmin edilməsi, prosesə və onun nəticələrinə müəyyən nəzarətin üçüncü tərəfə keçməsi deməkdir. Biznes sahibi üçün bu nəzarətdən keçmək bir bacarıqdır və buna görə də buna alışmaq bir az vaxt tələb edə bilər. Autsours etdikən sonra hələ də işləri mikro-idarə edirsinizsə bütün o proses lazımsızdır demək olar.


Bütün bunların xaricində hər biznes üçün fərqli məsələlər mövcud olabilər. Bunun üçün sahib olduğunuz tərəddüdləri doğru cavablar almaq üçün bizimlə bölüşə bilərsiniz.


Bundan Sonra nə etməliyəm?


Əgər bütün bunları oxuduqdan sonra mühasibatlığınızı autsours etməyi düşünməyə başlamısınızsa ilk addımı bizimlə əlaqə quraraq ata bilərsiniz. Biz sizin şirkətiniz üçün bir yol xəritəsi hazırlayacayıq və bir görüşdən sonra sizin də təsdiqiniz ilə prosesə başlayacayıq.

Mühasibatlıq xidməti başda olmaqla həmçinin insan resursları, hüquq, vergi, gömrük xidmətlərimiz də mövcuddur.