İşində ehtiras yoxsa ehtiyac axtarmalısan?


Şirkətlər müəyyən missiya və vizyon ilə biznes dünyasına doğulurlar. Bəs bu missiya və vizyonu reallaşdırmaq prosesində həyati rol oynayan şirkət əməkdaşları necə? Onların missiya və vizyonu varmıdır?


Burada ən çox qarşılaşılan problemlərdən biri də sevdiyin işi görmək ilə vacib olan ya da ehtiyac olan işi görmək arasında seçim etməkdir.


New York Times qəzetinə verdiyi bir rəyində Professor Firmin DeBrabrander iddia edib ki, işinə bir ehtiras kimi yox bir vəzifə kimi yanaşmalısan. İşdə ehtiras axtarmaq səni stresə salacaq və nəticədə uğursuz olacaqsan.


Amma bir çox hadisə göstərir ki, işdən qaynaqlanan stresin ilk səbəbi işçinin işə qarşı hiss etdikləridir. Yəni işini sevməyən bir insan gündə 6-8 saat həbsdə yaşayırmış kimi hiss edə bilər. 


İşində ehtiras axtaran bir insan ümumiyyətlə həvəsi olduğunu fikirləşdiyi işin arxasınca gedir. Ancaq Andreessen Horowitzə görə bu səhv addımdır. "Andreessen Horowitz" risk sərmayəsi şirkətinin sahibi olan Horowitz bu arqumentin izahını bu səbəblərə bağlayır:


Birinci səbəb olaraq o qeyd edir ki, həvəsləri ölçmək və dərəcələndirmək çox çətindir. Həvəslər vaxt keçdikçə dəyişir. Həvəsli olduğunuz işi yaxşı bacaracaqsınız deyə bir qayda mövcud deyil. Ən son səbəb olaraq isə, Horowitz müdafiə edir ki, həvəsinin arxasınca getmək mən-mərkəzli bir davranışdır. Sonuncu səbəbin izahı belədir ki, həvəsinizi seçsəniz dünyaya fayda yerinə dünyadan bir fayda əldə etmək məqsədinin dalınca gedirsiniz.


İnsanın emosional bir varlıq olduğu faktını nəzərə aldıqda gününün ortalama olaraq 6-8 saatını sərf etdiyi bir işdən ehtiras axtarmağı qədər normal bir şey yoxdur. Əgər sevmədiyin işi görürsənsə deməli ortaya çıxardığın o iş ən yaxşı halında olmur. Horowitzin teoriyası qaynaqların qıt olduğu və insanların hər keçən il artdığı bir dünyada məntiqli görünür. Amma bu o demək deyil ki, insanlar həvəsli olduğu bir işi buraxıb  həvəsi olmayan bir iş axtarmalıdır.


Horowitzlə bir şərtlə razılaşmaq olar. O da bu faktdır ki, əgər həvəsli olduğu işi dünya və insanlara faydalı bir şəkildə dizayn edib həyata keçirsən onda həm ehtirasla həm də faydalı bir iş görərsən. Və sevərək görülən iş, isə tamamlanabiləcəyi ən yaxşı halı ilə tamamlanır.


Həvəsinin arxasınca getmək fikrinə mənfi yanaşanların arqumentləri isbatlanmağı gözləyən bir teoriydan başqa bir şey deyil. Amma həvəsi arxasınca gedən və işində ehtiras axataran insanların uğurlarının isbatı olan bir çox hadisə vardır. Bu siyahıya bir çox insanın adını yazmaq mümkündür amma hərkəsin eşitdiyi uğur sahibi insanların adı yetərli ola bilər. Einstein ilə başlasaq, bu listə, Nikola Tesla, Henry Ford, Steve Jobs, Mark Zuckerberg kimi dünyanın axışını dəyişdirən simaları yazmaq olar.


Onda bir də fikirləşmək lazımdır. Ehtiras yoxsa Ehtiyac? Həvəs yoxsa Fayda? Qərar sizindir.