Seqment Hesabatı: Şirkətiniz üçün üstünlükləri



Maliyyə hesabatında, seqment biznesin maliyyə məlumatlarının və idarə strategiyasının bir parçasıdır. Seqmentlər coğrafi, biznes xətti ya da, departamentə görə təyin olunur.

Seqment hesabatı şirkətin maliyyə performansını parçalara bölür. Fiziki mövqe, məhsul ya da öhdəlik sahələri də daxil olmaqla şirkət bir çox yolla seqmentlərə ayrıla bilər. Bu fərqli seqmentləri qarşılaşdırmaq bizneslərə performanslarını daha dəqiq analiz etmək imkanı verir. Fərqli ölkə ya da, şəhərlərdə olan şöbələrə görə, fərqli məhsullara görə ya da daxili hesabat üçün hər departamentə görə seqmentlər ortaya çıxarmaq olar.

Biznesinizin fərqli sahələrinin performansını qarşılaşdırmaq üçün seqment hesabatından istifadə edə bilərsiniz. Bu hesabatın üstünlükləri və mənfilikləri bu məlumatın necə istifadə edildiyinə görə dəyişir.


Mənfəətə görə seqməntlərə ayırmaq

Seqment hesabatının əsas üstünlüyü şəffaflıqdır. Fərqli kateqoriyalara sahib ya da, fərqli regionlarda bir çox şöbəyə sahib bizneslər üçün, hansı sahənin daha çox mənfəət gətirdiyini hansı sahənin isə zərər etdiyini ortaya çıxarmaq üçün seqment hesabatının işidir. Əgər seqment hesabatı beynəlxalq olaraq biznesin daha çox mənfəət etdiyini göstərərsə, bu strtateji istiqamətin dəyişməsini müəyyən edər.


İnkişaf etdirilmiş Kontekst

Seqment hesabatı şirkətinizin maraqlı tərəfdaşlarını, ümumi rəqəmlərə təsir edən dalğalanmalar haqqında daha yaxşı anlayışla təmin edə bilər. Əgər biznes gözləniləndən daha çox mənfəət əldə edirsə, seqment hesabatı bu gəlirin haradan gəldiyini göstərir. Eyni hesabata baxaraq bu rəqəmlərin davam etdirilib ya da etdirilə bilməyəcəyini ortaya çıxarmaq olar. Seqment hesabatları sərmayədarlara biznesi və maliyyə axınını daha yaxşı başa düşmək üçün dizayn edilir.


İndiki məqama vurğu

Seqment hesabatını qısa müddətli rəqəmləri nəzərdə saxlamaq üçün istifadə edə bilərsiniz. Məsələn, bizneslər onlayn işləri üçün ayrı bir bölmə qururlar. Doğru işçi işə götürülənə və infrastrukutur qurulana qədər bu bölmə vacib miqdarda zərərə səbəb ola bilər və bu ümumi şirkətin performansının içində dəyərləndirilsə, maliyyə hesabatlarında üzə çıxmaya bilər. Halbuki, seqment hesabatı vasitəsi ilə həmin rəqəmləri məlumat nöqtələrinə görə ayırıb qısa müddətli qazancı artıra bilərsiniz.


Məlumatların idarə edilməsi

Əgər məlumat “idarəçinin gözü üçün” raport edilibsə seqment hesabat məlumatları yenidən şərh edilir. Bu da seqmentlərin necə ayrıldığını və hansı ölçümlərdən istifadə edildiyini müəyyənləşdirir. Məsələn, IT sahəsindəki zərəri, mənfəəti artan biznes vahidi ilə əlaqələndirərək daha yaxşı analiz ortaya çıxara bilərsiniz.