Bu 5 yolla işyeri mühitinizin zəhərli olub olmadığını öyrənə bilərsiniz.




1.  Qeybət


İşyerində qeybət çox normallaşmış bir haldır amma acımasızca edilən qeybətlər reputasiyanı ciddi bir şəkildə zədələyəcək, şirkət və işçilər üçün mənfi təsirlər ortaya çıxaracaqdır. Xoşbəxt omadıqları üçün davamlı idarəçiləri, iş yoldaşlarını ya da şirkətin istiqamətini mühakimə edən narazı işçilərə çox diqqət etmək lazımdır


2. Mikroidarə etmə


Stanford Professoru Jeffrey Pfefferin iş yeri stresinin səbəbləri araşdırmasında 228 hadisə nəticəsində 10 səbəb ortaya çıxmışdır. Bunlardan biri də iş nəzarətinin aşağı səviyyəli olmasıdır, bu da mikro-idarə mühitlərində çox görülən bir haldır. Mikro-idarə etmə, işçilərin və gördükləri işlərin çox yaxından və ciddi bir şəkildə izlənməsidir. Aşağı səviyyəli iş nəzarəti yüksək ölüm, xəstəlik və psixoloji xəstəliklər nisbətində artışa səbəb olan 10 stres içində yer alır.


3. Görünüşə əsaslanan ayrıseçkilik


Bəzi supervayzer və əməkdaşlara gördüyünüz işdən çox necə göründüyünüz daha vacibdir. Cild baxımı şirkəti Univia tərəfindən edilən araşdırmaya görə qadınlar və gənc nəsil işçilər işyerində görünüşlərinə görə daha çox ayrıseçkiliyə məruz qalırlar. Qadınlar üçdə biri işlərində görünüşlərinə əsaslanan davranış fərqliliklərinə məruz qaldıqlarını etiraf edirlər.


4. “Sosial çirklənmə”


Professor Nuria Chinchilla öz elmi işində şirkətlərin işçilərinin rifahını -onlar üçün önəmli dəstək olan ailələri də buna daxil olmaqla- vacib görməməsini və işçinin həyatının o sahəsi ilə maraqlanmamasını “sosial çirklənmə” adlandırır. Bu sosial çirklənmənin yoğun dumanı bir çox boşanmanın və ailə həyatlarının pozulmasının səbəbidir- uzun iş saatları, az tətil vaxtları və 24/7 iş üçün həmişə ünsiyyətə açıq olma məcburiyyəti kimi faktorlar buna səbəb olan amillərdən bəziləridir.


5. Hipermaskulin şəxsiyyət xüsusiyyətləri


Tomas Chamorro-Premuzic, London və Columbia Universitetinin bzines psixologiyası professoru qeyd edir ki, bir çoxumuz liderliyi statistik olaraq daha çox kişilərdə görülən xüsusiyyətlərdə axtarmaq meylindəyik. Bəs problem nədir? Nə vaxt bir rəhbər işə götürəndə ya da rəhbərlik vəzifəsinə iş yeri daxilində bir işçini yüksəldəndə bu liderlər daha çox kişi xüsusiyyətlərinə görə seçilir- özünə inam və xarizma kimi. Bu da daha sonra narsiszmə, həddindən artıq özünə inam və hətta psixopatiyaya ilə nəticələnərək potansial olaraq təhlükəli və zəhərli iş mədəniyyətlərini ortaya çıxarır.