Niyə, Nə vaxt, Necə Autsours etməlisiniz?


Bir çox konsultinq şirkəti biznesinizin onları əlaqədar edən sahələrini autsours etməyiniz barədə sizə məsləhətlər verirlər. Bu məsləhətlərə qulaq asmaq lazımdır yoxsa autsours etməyin hər hansı bir düsturu vardır? Bu məqaləmizdə bu haqda qısa məlumat əldə edəcəksiniz.

Autsours Nədir? Nə vaxt edilməlidir? Necə edilməlidir?

Çox az şirkət bütün funksiyalarını özü həll edir. Bunun yerinə, bizneslər tədarükçülərlə və podratçılarla əməkdaşlıq edir. Xarici podratçılarla işləmək yəni autsours etmək, şirkətlərin daha səmərəli və efektiv fəaliyyət göstərməsinə imkan verir. Əgər sattığınız bir məhsulunuz varsa bunu onlayn etmək istəyirsinizsə onda bir vebsayta sahib olmalısınız; ya bu sayt üçün bir neçə işçi işə götürməlisiniz ya da bu xidməti autsours olaraq almalısınız. Biznesiniz böyüdükcə və işçi sayı artıqca mühasibatlıq və insan resursları ximətlərini autsours olaraq təmin etməyiniz sizə daha çox vaxt qazandırdığı kimi peşəkar bir şirkətə çevrilməyinizə də kömək edəcəkdir.

Lakin, nə vaxt və necə autsours etməyi bilmək bir az qarışıq mövzudur. Şirkətlər ümumiyyətlə autsours edərkən iki yoldan birini seçirlər; ya günlük əməliyyatlarının bir tək parçasını edirlər ya da, autsoursinqi bizneslərinin strateji bir hissəsi olaraq təsis edirlər. Apple ikinci varianta  nümunə olabilər, çünki əməliyyat modellərini həyata keçirmə prosesini autsours edirlər. Öz məhsullarını öncə daxildə dizayn edib daha sonra isə Apple adından podratçılar çox qarışıq bir tədarük və istehsal zinciri həyata keçirirlər. Əksinə, şirkətiniz üçün çap etmək istədiyiniz reklam bukletlərinin hər hansı bir mətbəədən autsours edilməsi, sadəcə, gündəlik əməliyyatlarınızın bir hissəsinin autsoursinqidir.

Autsoursinq, xarici işçi qüvvəsi ilə müqavilə işlərini əhatə edən offshorinqdən fərqlənir. Şirkət funksiyanızın hər hansə bir əməliyyatını daxildə özünüz həll etmirsizsə bu autsoursinqin sərhədləri içinə girir.  Onda, autsours etməyi biznes planına strateji olaraq necə uyğunlaşdırmaq olar?


Nəyi Autsours etməlisiniz?

Autsours etmək üçün seçdiyiniz funksiyalar mənsubu olduğunuz sənaye sahəsinə görə dəyişir. Ümumiyyətlə autsours edilmək üçün ən ideal olan iki geniş əməliyyat növü mövcuddur:


  • Əməliyyatlarınız üçün çox həssas bir mövzu olan amma strategiyanız üçün çox da vacib olmayan vəzifələrin autsours edilməsi.


Fərz edin ki, şirkətiniz orqanik məhsullar istehsal edir.  Mağazalara və digər alış-veriş mərkəzlərinə paylanacaq olan bu məhsulların necə paylanması ilə əlaqəli verəcəyiniz qərarın o məhsulu alacaq olan insanlara heç bir təsiri olmayacaqdır. Bu məsələ çox da stratejik olmadığına görə, bu prosesi autsours etmək çox yaxşı olar. Ya da mebel istehsal edən bir şirkətə sahibsiniz. Maliyyə işlərinizi autsours etməyinizin müştərilərinizə bir təsiri olmayacağı üçün bu vəzifəni də autsours etmək idealdır. Əgər autsours etdiyiniz ştatın maliyyəniz üçün səmərəli olacağından və sizə vaxt qazandıracağından əmin olsanız onda bu variantı seçməyinizdə fayda vardır.


  • Əmtəə vəzifələri də autsours etməyə çox uyğun olan sahələrdir.


Məsələn, bir çox mətbəə şirkəti sizə bir gecədə təslim xidməti təqdim edir. Əgər siz bu şirkətlər kimi vizitkartlarınızı özünüz çıxarmağa çalışsanız onda çox keyfiyyətli mürəkkəblərə və inkişaf etmiş printerlərə sərmayə ayırmalı olacaqsınız. Ya da, təmizlik xidmətlərini nümunə göstərmək olar: ofisinizin təmizliyi üçün tam ştatlı bir işçi komandası işə götürməlisiniz ya da, bu xidməti tam ştat kimi verən bizneslərdən autsours edə bilərsiniz. Müştəri xidmətləri, qaynar xətlər və mühasibatlıq da bu cür autsoursinqə başqa bir nümunə ola bilər.


Nə Vaxt Autsours etməlisiniz?


Autsours edib etməməyə qərar verməyin ən yaxşı yollarından biri də xərc/vaxt hesabı analizi etməkdir. Doğru miqdarda maliyyət və ən qısa vaxtda özünüz həll edə biləcəyiniz ştatlar ola bilər – məsələn proqramınızın rahatlıq dizaynını gerçəkləşdirmək üçün developerlər işə götürə bilərsiniz. Amma eyni zamanda vebsayt və back-end sistemlərinizin yenilənməsinə ehtiyacınız olacaqdır. Uzun müddətdə öz developerlərinizi işə almaq planı quraraq da qısa müddətli bu vəzifəni autsours edə bilərsiniz.

Bir dəfəyə məxsus olan işlər də autsours edilməyə çox uyğun vəzifələrdir. Əgər rebrandinq etmirsinizsə, böyük ehtimalla loqonuzu bir dəfə hazırlaycaqsınız. Qrafik-dizayn təcrübəsi olan komandanız varsa loqonuzu şirkət daxilində həll edə bilərsiniz. Əks təqdirdə, bu layihəni təcrübəyə malik olan və professional görünüşlü loqonu vaxtında çatdıra bilən autsoursinq şirkətinə əmanət etmək maliyyəniz üçün sərfəlidir.

Xərc/Vaxt analizi edərkən, podratçılarınızla hədəflər və vaxt cədvəli ortaya çıxarın. Kommunikasiya texnologiyaları nə qədər inkişaf etsə də eyni şəhərdə olmaq autsours xidməti aldığınız şirkəti vacib olanda ziyarət edib məsələlərinizi həll etmək imkanı əldə edə bilərsiniz. Digər məsələ isə podratçınızın şirkətiniz daxilində istifadə edilən dildən xəbəri olmasıdır. Yəni hədəflər və son təslim vaxtları ilə əlaqəli sinxronizasiyanı ortaya çıxarmalı və əşyaları təsvir etmək üçün istifadə edilən ifadə və terminlərin eyni olduğundan əmin olmalısınız. Əks təqdirdə bu mövzularda ola biləcək anlaşmazlıqlar uzun vaxt aparacaq və bu da maliyyənizə səmərəli ola biləcək bir faydanı ləğv edəcəkdir.


İstifadə edilən qaynaqlar: forbes.com