Pis Bir Liderlik bu 5 yolla biznesinizi dağıda bilər!

Pis Bir Liderlik bu 5 yolla biznesinizi dağıda bilər!

 

Satışlarınız azdırsa və marketinqiniz ilə əlaqəli bir problem olduğunu düşünürsünüzsə bu fikri bir də nəzərdən keçirin. İnandığınızın əksinə sizin marketinq ya da satış probleminiz yoxdur. Reallıqda, bu cür qeyri-müəyyənliklə qarşılaşan bizneslərin liderlik problemi mövcuddur. Bir təşəbbüskar olaraq öyrəniləcək ən vacib dərs budur və bu radikal bir şəkildə rəhbərlik üsulunuzu dəyişdirəcək və uğurunuza işıq tutacaqdır. Bu fikirlər, Fit BB Campın qurucu CEO-su Bedros Keuiliana aiddir.

Yeni bir biznes sahibi olaraq arxa planda durmaq xüsusi ilə qərar verən şəxs olaraq mümkün deyil.  Bir çox təşəbbüskar liderlik qabiliyyətlərinə sahib olduğunu fikirləşir, reallıqda isə bu bacarığa sahib olanlar çox azdır. Çünki liderlik rolunu oynamaqla, həqiqətən önə çıxıb rəhbərlik etmək arasında çox fərq var.

Pis liderlik bu 5 yolla biznesinizi dağıda bilər:

Gələcək üçün sahib olunan zəif ya da səhv görüş.

Bu, CEO-nun biznesin vizyonu haqqında ümumi fikrə sahib olması amma günlük, aylıq və illik olaraq bunu necə həyata keçirəcəyi haqqında heç bir fikrə sahib olmaması ilə əlaqəlidir. Yəni vizyonunuzu günlük, həftəlik, aylıq, rüblük və illik stansiyalara bölməlisiniz. Onların aylıq nə qədər satış etməli olduqlarından ya da hər ay nə qədər potansial müştəri əlaqəsi əldə etməli olduqlarından xəbərləri olmur.

Başqa ssenari də belədir ki, onlar yuxarıda bəhs edilənlər haqqında əsas performans göstəricilərini bilirlər amma xəsislik damarları işə düşdüyü üçün çarəsizlik ilə hərəkət etməyə başlayırlar. Böyük hədəflərinin o qədər aludəçisi olurlar ki, bunu əldə etmək üçün səhv hədəf kütləsinə belə olsa da xidmət və məhsullarını satmaq üçün həryolu sınayırlar. Bu isə sadəcə müştəri şikayətlərinə, planların alt-üst olmasına səbəb olur.

Özünüzə bu sualları soruşun: Biznesimin necə görünməsini istəyirəm? Buna nə vaxt nail ola bilərəm? Dəqiq bir vizyon üçün əvvəlcə bu iki sualı cavablandırmalısınız.

Komandanızın inkişafı üçün investisiya etməmək.

Səhv gözləntilərlə yola çıxmaq hər zaman gözlənilməz nəticələrə səbəb olur. Hər işə götürdüyünüz təcrübəli ya da təcrübəsiz əməkdaşınızın komandanıza və iş yerinizin adət-ənənəsinə uyğun olacağına, tələb edilən bacarıqlara sahib olacağına inanaraq yola çıxmısınızsa sizə bir pis xəbərimiz var xoşunuza gəlməyəcək nəticələrlə qarşılaşmağınız yaxındır.

Gözləntilər qarşılanmayanda isə təşəbbüskar yəni biznes sahibi ilə əməkdaşları arasında ədavət başlayır və beləliklə zəhərli bir iş ənənəsi ortaya çıxır; bir-birindən qaçan rəhbər və işçilər, istefa etməsi üçün dua edilən işçilər, hər gün işdən çıxarılacağını gözləyən işçilər.

Bunu qarşısını komanda üzvləri axtararaq ala bilərsiniz. İşçilər işə gec gəlib tez çıxmaq istəyərlər. Amma komanda üzvləri sizin vizyonunuzun reallaşması üçün enerjilərini xərcləyər və səylərini artırarlar. Bir lider olaraq isə sizin birinci vəzifəniz komandanızı doğru insanlarla qurmağınızdır. Onlara bir işçi olaraq deyil eyni vizyona çatmaq üçün çalışan yol dostları olaraq baxmalısınız. Çünki siz onları necə görsəniz onlar da sizi elə görəcəklər. İkinci olaraq, komandanız üçün seçdiyiniz doğru insanların bacarıqlarına yatırım etməlisiniz ki, onlar ortaya qoya biləcəkləri ən yaxşı işi həyata keçirsinlər.

Yeni bacarıq və qabiliyyətlərə sahib olmaq üçün onları təlimələrə və seminarlara göndərin. Amma sertifikat üçün deyil. Onlardan öyrəndiklərini paylaşmasını istəyin və biznesinizə necə tətbiq edəcəyinizi müzakirə edin. Bütün komandanıza eyni anda təlim verməsi üçün mütəxəssislər də işə götürə bilərsiniz.

 

Zəhərli işçi ilə davam etmək

Rəhbər olaraq sizin vəzifəniz komanda üzvlərinizə ip uzatmaqdır. Bu o deməkdir ki, siz onları, bacarıqlarını inkişaf etdirmək və insan olaraq yetişmələri üçün vacib olan qaynaqlarla və dəstəklə təmin etməlisiniz.

Komanda üzvlərinizin demək olar ki, çoxu o ipi götürəcəklər. Stresə dözümlülük, təşvişə müqavimət və daha yaxşı iş vərdişləri inkişaf etdirəcəklər. Amma hər zaman bir işçiniz o ipi götürüb onunla özünü asmaq istəyəcəkdir. Komandadan ayrılacaq, iş ənənənizə uymaq və vizyonunuz üçün çalışmaq yerinə öz bildiyini edəcəkdir.

Biznesiniz üçün edə biləcəyiniz ən pis seçim o işçi ilə davam etmək olacaqdır. Çünki, əgər o işçini saxlasanız, komandanıza özbaşınalığa dözürsünüz deyə mesaj göndərmiş olursunuz. Yəni o işçinin davranışı digərləri üçün bir seçim halına gəlir və bir gün onun kimi davrana biləcəklərini mümkün görürlər.

Ünsiyyətin Zəifliyi

Harvard Business School professoru Boris Groysberg bir araşdırması nəticəsində heyrətə səbəb olan belə bir nəticə ortaya çıxarıb: Nokia, Star Princess Cruise Lines, BP, Thai Havayolları, Enron kimi meqa-korporasiyaların düşüşünün səbəbi ünsiyyətin zəifliyidir. Zəif ünsiyyət iki səbəbə görə baş verir:

  1. Biznes sahibləri yəni təşəbbüskarlar komanda üzvləri haqqında fərziyyələr edir.
  2. Komanda üzvlərinin hisslərini incitmək istəmirlər.

Bir komanda üzvü haqqında bir işi görəbildiyini fərz etmək, həqiqətdə isə həmin şəxsin o işi bacarmaması, rəhbərin ona qarşı hirs və məyusluq hiss etməsinə səbəb olur. Bu hirs və məyusluğun səbəbi isə həmin komanda üzvü deyil, işəgötürənin onun haqqındakı düşüncəsi yəni fərziyyəsidir. Bu fərziyyənin səbəbi isə iki tərəf arasındakı ünsiyyətin zəif olması ya da heç olmamasıdır.

Digər məsəslə də budur ki, təşəbbüskarlar komandaları ilə sərt söhbətlər etməkdə uğursuz olurlar. Bir lider komanda üzvünün daha yaxşı olması barədə xəbərdar etməyə çəkinərsə onda həmin şəxsin potansialının daha üst səviyəsinə çatmasına rəhbərlik etmək imkanını əldən verir.

Qərarsızlıq

Qərarsız təşəbbüskarlar, bizneslərinin səhv qərar verənlərdən daha çox pul itirməsinə səbəb olur. General Norman Schwarzkopf dediyi kimi “Məsul olduğunuz zaman, məsuliyyəti üzərinizə götürün.”

Yəni, öncə hərəkətə keçin, sonra vacib nizamlamaları edin. Biznes sahibi olaraq gün içində bir çox qərar verirsiniz, bu qərarların bəzilərinin səhv olmasında heç bir problem yoxdur. Tək etməli olduğunuz fəaliyyət durduğunuz yeri sabitləyib istiqaməti seçməyinizdir.

Bəs, niyə təşəbbüskarlar qərarsız qalırlar. Çünki, uğursuz olmaq qorxusu var. İnsanlar qarşısında pis görünmək istəmirlər. Amma unutulmamalıdır ki, səhv bir qərarın ardından işləri yoluna qoymaq sizin prestijinizi daha da artıracaqdır. Əslində qərarsızlıq bir təşəbbüskar üçün normal olmayan bir davranışdır. Təşəbbüskarlığın ilk ədviyyatı cəsarətdir. Qərarsızlıq isə cəsarətsizlikdən qaynaqlanır.

Liderlik anadan doğulma bir qabiliyyət deyil. Liderlik qabiliyyətləri öyrənilə və inkişaf etdirilə bilər. Edilə biləcək ən ağıllı yatırımdır, çünki güclü lider biznesdə daha çox qazanır, iş yoldaşlarından hörmət görür, və elə bir sürətə nail olur ki, rəqib şirkətlər artıq ona çata bilmirlər.

Bütün məqalələr