Büdcədə kəsir yaranıb!

20.06.2019

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2019-cu ilin yanvar-may aylarında dövlət büdcəsinə 8 milyard 999,3 milyon manat vəsait daxil olmuş, büdcədən 9 milyard 426,1 milyon manat vəsait xərclənib.

 

Xərclər gəlirləri üstələdiyindən büdcənin icrasında 426,8 milyon manatlıq kəsir yaranıb. 

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 7 milyard 503,4 milyon manat, xərcləri isə 7 milyard 220,5 milyon manat təşkil etmiş, son nəticədə büdcədə 282,9 milyon manatlıq profisit yaranmışdı.

 

Mayda büdcənin xərclərinin yüksək olması dollar kreditlərinə kompensasiyaların ödənilməsi ilə bağlı ola bilər. Maliyyə Nazirliyi ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya ödənişinə 6 mərhələdə 600,1 milyon manat vəsait ayırıb.

Xəbərin Qaynağı: marja.az
Back to all news