Bakıda keçirilən "Executive MBA" Proqramı oktyabrda dərslərə başlayır - FOTO

10.09.2019

Bakıda keçirilən "Executive MBA" Proqramı oktyabrda dərslərə başlayır - FOTO

 

Dünya miqyaslı İngiltərə Universitetinin Bakıda keçirilən Executive MBA Proqramı cari ilin oktyabr ayında yeni tələbə qrupu ilə dərslərə başlayır!

2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən Şeffild Universitetinin İdarəçilik üzrə Magistratura Proqramı (Executive MBA) üzrə ərizələrin qəbulu Sentyabr ayının sonunadək davam edir. 

Dünya üzrə "TOP 100"ə daxil olan İngiltərənin Şeffild Universiteti və onun "CiTY College" adlı beynəlxalq fakultəsi Azərbaycanda idarəçilər və peşəkarlar üçün geniş əhatəli Britaniya təhsilini və həmçinin, beynəlxalq akkreditasiyaya malik "Executive MBA" dərəcəsini təklif edir.

 

Qeyd edək ki, bu Proqram Azərbaycanda çalışan lakin uzun müddətə ölkəni tərk etmək arzusunda olmayan iş adamları və peşəkarlar üçün əlverişli bir fürsətdir. Çünki dərslər birbaşa olaraq, Şeffild Universitetinin professorları tərəfindən Bakıda keçirilir. 

"Executive MBA" proqramı özünün peşəkar və şəxsi bacarıqlarını təkmilləşdirmək istəyən müasir menecerlər üçün işlənib hazırlanmış innovativ beynəlxalq proqramdır. İştirakçılar digər ölkələrdən, mədəniyyətlərdən və ixtisas sahələrindən gələn tələbələrlə birlikdə öz təcrübələrini genişləndirmək və bölüşmək imkanı qazanırlar.

Hər il Cənub-Şərqi və Şərqi Avropanın öndə gedən, məşhur şirkətlərinin baş menecerləri proqrama qəbul olurlar. Proqramın çatdırılma metodu (həy ayda 1 dəfə 3 gün) idarəçilərə çalışdıqları ölkədən ayrılmadan kurslarda iştirak etmək imkanı yaradır.     

EMBA proqramını müvəffəqiyyətlə bitirən və Şeffild Universitetinin magistratura dərəcəsini əldə edən tələbələr eyni zamanda əlavə kurslarda iştirak etmədən və imtahan vermədən "Chartered Management İnstitute"nun (CMI) yüksək nüfuza malik Strateji İdarəçilik və Liderlik üzrə Magistr Diplomunu əldə edə bilərlər.  

"Chartered Management İnstitute" Böyük Britaniya Krallığında menecment və liderlik üzrə yeganə diplomlu peşəkar institutdur. 

Şeffild Universitetinin, City College Beynəlxalq Fakultəsinin Executive MBA proqramı MBA Assosiasiyası (AMBA), AACSB (Bİznes Məktəblərinin Kollegial Təkmilləşdirmə Assosiasiya), və CMI tərəfindən akkreditasiya edilmişdir. Proqram həmçinin, Britaniya Akkreditasiya Şurası (BAC) və Milli Akademic Araşdırma İnformasiya Mərkəzi (UK NARIC) tərəfindən tanınmış və akkreditasiya edilmişdir. 

MBA Proqramı özünəməxsus işgüzar əlaqələrin yaradılması üçün geniş imkan yaradan beynəlxalq proqramdır. 10-dan çox ölkədən və universitetlərdən gələn 50-dən çox mühazirəçilər özlərinin geniş akademik biliklərini, eləcə də, konsultasiya və idarəçilik təcrübələrini 25-dən çox müxtəlif ölkələrdən gələn tələbələrlə bölüşürlər.

Bütün bunlar beynəlxalq tədris həftələri, beynəlxalq tələbə qrupları və kurslara bir neçə ölkələrdə qatılmaq imkanının və seçiminin olması ilə həyata keçirilir. Proqram eyni zamanda, Yunanıstanda (Saloniki), Bolqarıstanda (Sofiya), Rumıniyada (Buxarest), Serbiyada (Belqrad), Ukraynada (Kiyev) və Gürcüstanda (Tiflis) keçirilir.   

Proqramın müddəti iki ildir. Dərslər Bakıda, şəhərin mərkəzində yerləşən məhşur beş ulduzlu oteldə keçirilir. Təhsil müddətində tələbələr Yunanıstanın Saloniki şəhərində və İngiltərənin Şeffild şəhərində keçiriləcək iki tədris həftələrində iştirak edəcəklər. Proqrama müraciət edən ərizəçilər bakalavr dərəcəsinə və iş təcrübəsinə malik olmalı, eləcə də, İngilis dilini bilməlidirlər.  

Şeffild Universitetinin "Executive MBA" proqramı üzrə dərslərə 2019-ci il oktyabr ayında başlanacaqdır. 

Daha ətraflı məlumat üçün Şeffild Universitetinin, City College Beynəlxalq Fakultəsinin Azərbaycanda Ölkə üzrə Meneceri Nigar Haciyeva ilə əlaqə saxlaya bilərsiniz:

nhajiyeva@citycollege.sheffield.eu 

Telefon: 055 909 37 88

 

Все новости